RU

AAYDA-nın işi məhkəmədə

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı məhkəməyə müraciət olunan işə növbəti il baxılacaq.

Tribunainfo.az xəbər verir ki, AAYDA ilə bağlı iddianı Cəfərov Vahid Qulam oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Digər səbəblər isə açıqlanmır.
Tərəflər arasında proses iyul ayından davam edir. 5 iclas keçirilsə də, heç bir nəticə əldə edilməyib. AAYDA ilə bağlı növbəti proses 2025-ci ilin 15 yanvar tarixində təyin edilib.
Bakı İnzibati Məhkəməsində baxılan işə hakim Emin Abdullayevin sədrlik edir.

Qeyd edək ki, məhkəməyə verilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar

Избранный
19
tribunainfo.az

1Источники