Hollandiya döyüş aviasiyasına məxsus iki F-35 qırıcısı Baltik dənizi üzərində Rusiya təyyarələrini müşayiət etmək üçün iki dəfə havaya qalxıb.
Bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat yayıb. Dekabrdan 2025-ci ilin mart ayına qədər Estoniya üzərində NATO hava məkanı dörd F-35 qırıcısından ibarət Hollandiya Hərbi Hava Qüvvələri tərəfindən patrul edir. Departamentdən bildirilib ki, holland pilotlar ilk dəfə neytral sular üzərində naməlum təyyarələri aşkar ediblər. Daha sonra onların An-72 hərbi-nəqliyyat təyyarəsi və Su-24 kəşfiyyat təyyarəsi olduğu müəyyən edilib. Müşayiət etmək qərarı verilib. İkinci halda, Hollandiya Hərbi Hava Qüvvələri İl-20 kəşfiyyat təyyarəsinin uçuşunu qeydə alıb.
Rusiya Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Aerokosmik Qüvvələrin (VKS) təyyarələrinin bütün uçuşları beynəlxalq qaydalara uyğun həyata keçirilir.
//Samir Qurbanov, Editor.az