RU

Terror təşkilatı PKK/YPG Deyr əz-Zora hücum edib

Separatçı terror təşkilatı PKK/YPG-nin Suriyanın Deyr əz-Zor əyalətinin mərkəzini ələ keçirmək üçün həyata keçirdiyi hücumda 10 mülki vətəndaş həyatını itirib.

Suriyada noyabrın 27-də intensivləşən qarşıdurmalardan sonra terrorçular  yenidən Deyr əz-Zor əyalətinə hücum edib.

Hücum zamanı terrorçular şəhər mərkəzindəki dinc sakinləri hədəf alıb və nəticədə 10 mülki vətəndaş həyatını itirib.

Hücum anını lentə alan mülki şəxslərin sosial mediada paylaşdıqları görüntülərdə PKK/YPG üzvlərinin məscid minarəsindən küçədəki dinc insanlara atəş açdığı görünür.

Noyabrın 27-də Suriyadakı rejim qüvvələri ilə müxalif silahlı qruplar arasında toqquşmalar şiddətlənib. Dekabrın 7-də isə silahlı qruplar paytaxt Dəməşqə doğru irəliləyərək, şəhəri və bir çox bölgəni nəzarət altına alıblar.

Qeyd edək ki, Baas Partiyasının 61 illik hakimiyyəti bazar günü sona çatıb və rejim lideri Bəşər Əsəd paytaxtdan qaçıb.



Избранный
35
trt.net.tr

1Источники