RU

Bakıda 47 yaşlı kişi sevgilisinin evinə basqın etdi

Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Xəlil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi yaşadığı Kəmaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 23 may 2024-cü ildə baş verib. Xəlil həmin gün, saat 22 radələrində ünvan əvvəllər qeyri-rəsmi yaşadığı Kəmalə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. 

Xəlil şəxsi münasibətlərinə aydınlıq gətirməsi ilə bağlı yaranmış mübahisə zamanı əlləri ilə Kəmalənin baş və bədənin müxtəlif nahiyələrinə qəsdən vurub. Ona müxtəlif dətəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Kəmalə ilə bir müddət qeyri-rəsmi olaraq yaşayıb: “Kəmaləyə oğluna motosiklet alması üçün 2300 manat borc pul verdim. Pulun bir hissəsini qaytardı, bir hissəsi isə qaldı. Mayın 23-də Kəmalə mənə zəng edərək borcu qaytarmaq üçün evə çağırdı. Kəmalənin yaşadığı evə getdim. Mənzilin giriş qapısına çatanda Kəmalənin kiminləsə telefonla danışdığını eşitdim. Bu zaman Kəmalə məni qapını döyməmiş açdı və üstümə gələrək hücum etdi, nalayiq ifadələr işlətdi. Kəmalənin qolundan tutaraq onu itələdim. Sonra ondan telefonla kiminlə danışdığını soruşdum, telefonunu əlindən aldım. Bu zəmində aramızda mübahisə yarandı, biz tutaşdıq. Sonra isə getdim. Gedərkən Kəmalənin telefonu yadımdan çıxaraq cibimdə qaldı. Kəmalə telefonunu istədikdə, mən telefonu blokda pilləkənlərin arasından ona tərəf atdım. Telefon əvvəlcə pilləkənin dəmirinə dəydi, sonra isə Kəmaləyə dəydi. Hadisə vaxtı əlimdə bıçaq olmayıb. Mən Kəmaləni döyməmişəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Kəmalənin sözlərinə görə, Xəlil ilə bir müddət qeyri-rəsmi münasibətdə olub: “Daha sonra Xəlildən ayrıldım. Lakin Xəlil məndən ayrılmaq istəmədi. Məni dəfələrlə hədələyərək öldürəcəyini bildirirdi. Mayın 23-də, saat 22 radələrində rəfiqəm Aydan da bizdə olub. Mənzilin giriş qapısından səs gəldi və mən qapını açdım. Bu zaman Xəlil içəri soxularaq məni döyməyə başladı. Heç bir səbəb olmadan başımı divara çırparaq mənə xəsarət yetirirdi, əlində həmin vaxt bıçaq da olub. Lakin bıçaqla vurmaq istəyəndə mən bıçağı onun əlindən aldım. Rəfiqəm Aydan da məni Xəlilin əlindən ala bilmədi. Mən Aydana Daxili İşlər Nazirliyinin 102 xidmətinə yığmasını dedim. Həmin vaxt Xəlil polisə yığmaması üçün həm Aydanın, həm də mənim telefonumu götürdü. Daha sonra Xəlil barəmdə xoşagəlməz fikrilər demək üçün qardaşıma zəng etdi. Mən Xəlilin əlindən çıxaraq qapıya tərəf qaçdım. Bu zaman Xəlil məni qapının ağzında yerə çırpdı, telefonla başıma vurdu”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəlilin hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
14
44
demokrat.az

10Источники