RU

Azərbaycanda bank lisenziyası olan poçt filiallarının SAYI AZALDILDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşir.
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.
Qeyd edək ki, AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən "Azərpoçt" MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.
Избранный
17
50
oxu.az

10Источники