RU

Əsəbləri sakitləşdirir, yaddaşı gücləndirir

Zəfəran tarix boyu həm qiymətli ədviyyat, həm də dərman bitkisi kimi tanınıb. Zəfəranın tərkibindəki güclü antioksidant komponentləri ilə sağlamlığa bir çox faydaları var.

Busaat.az Qafqazinfo-ya istinadla xəbər verir ki, zəfəran düyü, toyuq və şorba kimi yeməklərə və ya çaya əlavə edilərək istifadə olunur.

Zəfəran çayı xüsusilə xoralar və həzm problemləri üçün faydalı sayılır. Kalsium və dəmirlə də zəngin olan bu bitkinin tərkibində B, C və A vitaminləri var.

Tərkibindəki minerallar və vitaminlər soyuqdəymə zamanı qızdırmasalıcı və enerji verici təsirə malikdir. Ağciyər xəstəliklərində, xüsusilə bronxit və astmada faydalıdır.

Zəfəran antioksidant quruluşu sayəsində ürək xəstəliklərinə müsbət təsir edərək ürək sağlamlığını dəstəkləyir. Bədəndəki serotonin səviyyəsini idarə edən zəfəran, depressiya başda olmaq üzrə bir çox psixoloji problemin qarşısını alır.

Zəfəran antioksidant və antikanserogen təsirləri ilə xərçəng şişlərinin yayılmasının qarşısını alır və şişlərin kiçilməsinə kömək edir.

Amerikada aparılan araşdırmalar zəfəranın iştahı idarə etməkdə təsirli olduğunu göstərib. Zəfəranın yemək istəyini azaldaraq qidalanma pozuntusuna yaxşı gəldiyi deyilir.

Həmçinin beyin və sinir sisteminin sağlamlığını yaxşılaşdırmaq üçün istehlak edilə bilən ədviyyatlar arasındadır.

Yaddaşı gücləndirir və son illərdə Altsheymer xəstəliyinin müalicəsində alternativ üsul kimi istifadə edilir. Zəfəranın tərkibindəki antioksidantlar insanın öyrənmə və yaddaş funksiyalarına təsir edərək idrak sağlamlığını dəstəkləməyə və yaxşılaşdırmağa kömək edir.

Bunlardan başqa zəfəran diş sağlamlığında da təsirlidir. Diş ətinin qanamasından tutmuş, çürük əmələ gəlməsinin qarşısını almağa qədər bir çox faydalı təsiri olan bitki gözlər də daxil olmaqla bir çox orqanların işini tənzimləyir.

Zəfəran çiçəyinin tərkibindəki komponentlər dəridə ultrabənövşəyi şüaların yaratdığı zədələrə qarşı qoruyucu qalxan yaradaraq sərbəst radikalların təsirini azaldır.

Zəfəran bitkisi də dərinin təbii qoruyucu baryerini gücləndirərək onun xarici faktorlara qarşı daha davamlı olmasına şərait yaradır.

Zəfəran tozu ilə hazırlanan üz maskaları dərini daha canlı və hamar edir.

Beləliklə zəfəran:

Zəfəran antioksidanlarla çox zəngindir. Hüceyrələri stressdən qoruyur.

Yaşla bağlı psixi pozğunluqlar üçün faydalıdır.

İltihabların müalicəsində istifadə olunur.

Yaddaşı gücləndirir.

Tənəffüs xəstəliklərinin müalicə prosesini dəstəkləyir.

Xərçəng şişlərinin yayılmasının qarşısını alır və onların kiçilməsinə kömək edir.

Zəfəranın qoxusu rahatlaşdırıcı və sakitləşdirici təsirə malikdir.

Həzm sistemini dəstəkləyir.

Mədə xorasının müalicəsində istifadə olunur.

Diş ətlərini gücləndirir, diş əti ağrısını azaldır.

Dərinin parlaq və canlı görünməsinə kömək edir.

Dərinin qocalmasının qarşısını alır. Dərini günəşin zərərli təsirlərindən qoruyur.

Gündəlik tövsiyə olunan miqdardan artıq istifadə həyati təhlükəsi olan zəhərlənmələrə səbəb ola bilər. Gündəlik zəfəran istehlakının 30 milliqramdan çox olmaması tövsiyə olunur. Həddindən artıq istehlak böyrəklərə zərər verə bilər.

Избранный
21
6
busaat.az

7Источники