RU

Üçaylıq əkizlərin anası müalicə üçün dəstək istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Üçaylıq körpələrin dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Aysel Əhmədova məlumat verib.
O bildirib ki, övladları erkən doğulduqları üçün səhhətlərində problem var:
"Atilla və Altay avqust ayının 30-da 31 həftəlik olarkən dünyaya gəliblər. Erkən doğulduqları üçün ikisinin də səhhətində problemlər var. Atilla fizioloji sarılıq, Altay isə ağciyər durğunluğundan əziyyət çəkirlər".
Gənc ana övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Uşaqlar erkən doğulduqları üçün bir müddət küvəzdə saxlamağa məcbur olduq. Həmin dövrdə, demək olar ki, əlimizdə olan hər şeyi verdik. Dost tanışın dəstəyi ilə də müalicələrini edirik. Həkimlər uşaqların düzgün müalicə ediləcəyi halda tamamilə sağala biləcəklərini deyirlər. Hazırda uşaqların müalicəsi üçün aylıq 500-600 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 579-77-23
Leo Bank: 4098 5844 9655 6208.
Избранный
15
38
oxu.az

10Источники