RU

Ukraynada AEBA-nın avtomobilinə PUA ilə hücum olub - VİDEO

Bu gün Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) rotasiyası zamanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) avtomobilinə hücum olub.

“Report” xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Qeyd olunub ki, nəqliyyat vasitəsi pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Avtomobil zədələnsə də, onun içində olanlar xəsarət almayıblar.

Məlumata görə, hadisə cəbhə xəttindən təqribən 8 kilometr aralıda Ukraynanın nəzarətində olan ərazilər daxilində baş verib.

Qurumun Baş direktoru Rafael Qrossi hadisəni pislədiyini bildirib.

Избранный
47
40
azpolitika.info

10Источники