RU

Taqanroqda sənaye obyektinə raket hücumu olub

Rusiyanın Rostov vilayətinin Qara dəniz sahilində yerləşən Taqanroq şəhəri raket atəşinə tutulması nəticəsində sənaye müəssisəsinə ziyan dəyib.

“Far.Az” xəbər verir ki, bu barədə regionun qubernatoru Yuri Slüsar teleqramda bildirib.

“Bu gecə Taqanroq raket hücumuna məruz qalıb. Sənaye müəssisəsi zərər çəkib, dayanacaqda 14 avtomobil yanıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb. Dəymiş ziyanın həcmi dəqiqləşdirilir”, – region başçısı yazıb.

Yerli vaxtla 04:30-da (Bakı vaxtı ilə 05:30) Taqanroqda hava həyəcanı təbili çalınıb, mer Svetlana Kambulova pilotsuz uçuş aparatlarının hücumu barədə məlumat verib və Taqanroq sakinlərini təhlükəsizlik tədbirləri görməyə çağırıb.

“Mümkün olduqda aşağı mərtəbələrə, zirzəmiyə enin. Pəncərəsiz bir yer tapın, döşəməyə oturun”, – o yazıb. Yarım saat sonra həyəcan siqnalı ləğv edilib.

“Astra” nəşri hadisə şahidlərinə istinadən hücum uğrayan obyektin Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi olduğunu açıqlayıb.

Xatırladaq ki, daha əvvəl ölkənin Bryansk vilayətinə dron hücumu olmuşdu.

Избранный
34
far.az

1Источники