RU

DSMF-nin xərcləri artaraq 6 milyard 299 milyon manat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 4 faiz və ya 233 milyon manat çox olmaqla 6 milyard 288 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları isə həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 211 milyon manat artaraq 5 milyard 124 milyon manat olub.

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 milyard 299 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 743 milyon manat çoxdur.

Избранный
7
14
yeniazerbaycan.com

10Источники