RU

Özünü "Azərsu" işçisi kimi təqdim edən şəxs sakinlərdən pul yığır?

Binəqədi rayonu, Çiçək qəsəbəsi, Hökuməli ərazisində suyun olmaması və su xəttinin çatışmazlığı ilə bağlı problem yaşanır.

Bizim.Media milli.az-a istinadən xəbər verir ki, özünü "Azərsu" işçisi kimi təqdim edən Vüsal Məmmədov adlı şəxs sakinlərdən pul yığır.
 

Sakinlər bildirib ki, həmin şəxs ildə iki dəfə onlardan 450-500 AZN pul alıb. Lakin Vüsal Məmmədov bu ittihamları inkar edir.


Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözçüsü Ceyhun Musaoğlu qeyd edib ki, sakinlərin su təchizatı ilə bağlı vəziyyət araşdırılacaq və lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, sakinlərdən qanunsuz pul yığılması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizim.Media

Избранный
26
3
bizim.media

4Источники