RU

Türkmənistanda 30 ölkənin səfiri xatirə nişanı ilə təltif olunub

Yazını böyüt
Yazını kiçilt

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov xarici diplomatların və beynəlxalq təşkilatların nümayəndələrinin “Məqtimqulu Fraqinin 300 illiyi” xatirə gümüş nişanı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Hafta.az-ın yazdığına görə, mükafat türkmən ədəbiyyatının klassiki Məqtimqulu Fraqinin irsinin qorunub saxlanması və təbliğinə, ölkənin beynəlxalq ictimaiyyətlə mədəni əlaqələrinin möhkəmləndirilməsinə, eləcə də xalqlar arasında dostluq və əməkdaşlığın inkişafına verdiyi xüsusi töhfəyə görə təqdim edilib.

Mükafat alanlar arasında 30 ölkənin səfirləri, BMT, ATƏT, Vatikanın nümayəndələri, həmçinin Türkmənistanda fəaliyyət göstərən beynəlxalq maliyyə və humanitar təşkilatların rəhbərləri var. Bu təşəbbüs böyük şair və mütəfəkkir Məqtimqulu Fraqinin 300 illik yubileyinin qeyd edilməsinə həsr olunmuş silsilə tədbirlərin tərkib hissəsidir.

Избранный
32
hafta.az

1Источники