RU

Ermənistan Xəzər dənizinə belə çıxmaq istəyir - Simonyan

Cənubi Qafqazda kommunikasiya kanallarının yenidən işə salınması regional əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb etmir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Regionumuzdakı problemlərin həlli kompleks yanaşma tələb edir, bu mənada, iqtisadi əməkdaşlıq beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün mühüm vasitədir.

Ermənistan dənizə çıxışı olmayan ölkədir və qlobal bazarlara çıxışda sistemli zəifliklərə malikdir, buna görə də biz regionun iqtisadi rifahı üçün bərabər və inklüziv qarşılıqlı əlaqənin, açıq sərhədlərin və tam işləyən nəqliyyat infrastrukturunun vacibliyini dərk edirik”, - spiker bildirib.

Simonyan qeyd edib ki, insanlar, mallar və xidmətlərin sərbəst hərəkəti regional inteqrasiya və sosial-iqtisadi inkişaf üçün vacib şərtlərdir.

Erməni spiker bu kontekstdə Ermənistan hökumətinin irəli sürdüyü nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsinə istinad edərək vurğulayıb ki, Fars körfəzi, Qara və Xəzər dənizlərini birləşdirən bu proyekt iqtisadi əməkdaşlığın və ticarətin genişlənməsinə töhfə verə bilər.

“Ermənistan bölgədə nəqliyyat infrastrukturunun açılması ilə bağlı Azərbaycanla aparılan danışıqlarda konstruktiv şəkildə iştirak edir”, - deyə Simonyan söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
33
1
teleqraf.com

2Источники