Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Oxu24.com Rusiya KİV-ə istinadən xəbər verir ki, söhbət M.Orbanın təşəbbüsü ilə baş tutub.
Macarıstanın Baş naziri bir sıra Qərb liderləri ilə əlaqələrini nəzərə alaraq böhranın siyasi-diplomatik həlli yollarının birgə axtarışına kömək etməkdə maraqlı olduğunu bildirib.
Rusiya Prezidenti isə vəziyyətin inkişafı ilə bağlı qiymətləndirməni açıqlayıb və qeyd edib ki, Kiyev tərəfinin mövqeyi hələ də sülh yolu ilə nizamlanma imkanlarını istisna edir.
Tərəflər həmçinin Suriyadakı son hadisələr kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.