RU

Bloomberg: Əsəd Suriyadan Rusiya aviabazasından istifadə edərək qaçıb

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rusiya tərəfinin köməyi ilə ölkədən qaça bilib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Rusiya aviabazasından istifadə etməklə qaçan Əsədin təyyarəsinin transponderi müşahidədən yayınmaq üçün söndürülüb.

Agentlik mənbələrinin məlumatına görə, Rusiya tərəfi Əsədi silahlı üsyançılara qarşı mübarizəni davam etdirməməyə inandırıb, ona görə də Suriyanın keçmiş liderinə ölkəni tərk etmək üçün təhlükəsiz yol təklif olunub.

Избранный
29
1
ikisahil.az

2Источники