RU

Dövlət qulluğunda səriştə modelinin tətbiqi çərçivəsində yeni qiymətləndirmə alətlərinin növbəti sınağı (aprobasiya) keçirilib

 “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 5.4-cü bəndinə əsasən dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

10 və 11 dekabr 2024-cü il tarixlərində ümumi səriştələrin qiymətləndirilməsi üçün yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqların keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq üçün növbəti sınaq təşkil edilib. Sınaq prosesinə müxtəlif dövlət orqanlarında işləyən dövlət qulluqçuları ilə yanaşı, əvvəlcədən qeydiyyatdan keçmiş şəxslər də cəlb olunub. Yoxlama prosesində ümumilikdə 444 nəfər iştirak edib.

Qeyd edək ki, səriştə modeli dövlət qulluğuna qəbul, habelə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı namizədlərin komandada işləmək, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərini icra edərkən öz üzərinə məsuliyyət göstərmək, nəticələr əldə etmək və s. kimi səriştələrinin əsas meyarlardan biri kimi götürməyi nəzərdə tutur və bu istiqamətdə sistemli yanaşma təklif edir.

Избранный
8
3
azedu.az

5Источники