RU

Bu ölkə 13 ildən sonra Suriyaya qayıdır: Səfirlik açılır

Qətər 2011-ci ildə bağlandıqdan 13 il sonra Suriyada səfirliyini tezliklə açacaq.

Publika.az QNA-ya istinadən xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.

“Qətər səfirliyi lazımi prosedurlar başa çatdıqdan sonra tezliklə Suriyada fəaliyyətini bərpa edəcək”, - deyə o qeyd edib.

Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, diplomatik missiyanın fəaliyyətinin bərpası Doha və Dəməşq arasında koordinasiyanı gücləndirəcək və bu, hava dəhlizi ilə Suriya xalqına humanitar yardım axınını asanlaşdıracaq.

Bildirilir ki, Qətərin Dəməşqdəki səfirliyi 2011-ci ildə Doha xalq etirazlarının sərt şəkildə yatırılmasına görə Bəşər Əsəd hökuməti ilə diplomatik əlaqələri kəsəndə bağlanıb.

Избранный
20
publika.az

1Источники