RU

“Oyunlaşdırma metodları ilə ibtidai sinif şagirdlərinin riyazi bacarıqlarının artırılması” adlı layihənin açılış mərasimi 

“Oyunlaşdırma metodları ilə ibtidai sinif şagirdlərinin riyazi bacarıqlarının artırılması” adlı layihənin açılış mərasimi keçirilib. 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılışında məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və Khan Academy-nin Azərbaycan üzrə rəsmi nümayəndəliyi iştirak edib.

Layihə çərçivəsində həftədə 3 dəfə olmaqla tədris saatlarında (90 dəqiqə) 6 ay boyunca davam edəcək və layihə boyunca sinifdəki bütün şagirdlər iştirak edəcəklər. Khan Academy platformasında geniş istifadə olunan oyunlaşdırma texnikaları ilə şagirdlər video izlədikcə, tapşırıqları yerinə yetirdikcə xallar qazanır və müxtəlif nişanlarla mükafatlandırılırlar. Bu, şagirdlər arasında sağlam rəqabət yaradır və onların öyrənmə həvəsini artırır. Layihə, oyunlaşdırma metodlarının təhsildə tətbiqi ilə şagirdlərin akademik inkişafını dəstəkləmək və innovativ tədris yanaşmalarını geniş yaymaq məqsədini daşıyır.

Məlumat üçün bildirik ki, Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Bahar İsmayılova tərəfindən icra olunur. Layihənin məqsədi, ibtidai sinif şagirdlərinin Khan Academy və onun oyunlaşdırma funksiyaları ilə yaxından tanış etmək və bu yolla onların riyaziyyata olan maraqlarını artırmaqdır.

Избранный
20
azedu.az

1Источники