"Qərb Ulduzu" Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, MTK-nı məhkəməyə verən şəxs Dadaşova Gülnarə Mehrac qızıdır.
G.Dadaşova şirkət barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr” üzrə iddia qaldırıb.
İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli