RU

Suriya keçid hökumətinin başçısı çağırış etdi - “Geri qayıdın!”

Suriyada “Baas” rejiminin devrilməsindən sonra qurulan müvəqqəti hökumətin Baş naziri Məhəmməd əl-Bəşir xaricdəki həmyerlilərinə çağırış edib.
 
Məhəmməd əl-Bəşir bu haqda İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verib.
 
O bəyan edib ki, müvəqqəti hökumətin qarşısındakı birinci məqsəd Suriyanın bütün şəhərlərində təhlükəsizlik və sabitliyin təmin edilməsi, növbəti isə milyonlarla vətəndaşın geri qayıtmasını təmin etməkdir:
 
“Xaricdəki bütün suriyalılara səslənirəm: Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın! Suriyanı təzədən qurmalı, yenidən doğulmalıyıq, köməyinizə ehtiyacımız var”.
Избранный
34
3
moderator.az

4Источники