RU

Dünyada döyüşlərin getdiyi zaman kvant inqilabı baş verib

"Yeni çip ən sürətli müasir kompüterin 10 septilyon ilə həll etdiyi məsələni cəmi beş dəqiqəyə həll edə bilir..."
 
"Google" şirkəti kvant kompüterləri üçün yeni "Willow" çipini təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Məlumatda deyilir ki, yeni çip ən sürətli adi müasir kompüterin ağlasığmaz az zamanda-10 septilyon ilə (24 sıfrı olan 10) sərf etdiyi hesablama məsələsini beş dəqiqəyə həll edə bilir. 
 
"Google Quantum" laboratoriyasının təsisçisi və rəhbəri Xartmut Nevenin sözlərinə görə, bu, "kvant hesablamalarının bir çox paralel kainatlarda baş verdiyi" barədə ideyanı təsdiq edir.
 
Lakin yeniliyin inqilabi xarakteri onun məlumatların emalı sürətində deyil, ixtiraçıların kvant kompüterlərinin əsas problemini aradan qaldırmasındadır.
 
Məsələ bundadır ki, kvant kompüterləri kvant mexanikasının hadisələrindən istifadə edir, bu da kvant superpozisiyası və kvant dolaşıqlığıdır.
 
Bunlar ya 0, ya da 1 qiymətini almaq qabiliyyətində olan bitlərdən (ikilik rəqəm) deyil, eyni zamanda həm 0, həm 1 qiyməti olan kubitlərdən (kubit bitlərindən) istifadə edir.
 
Bu, məlumatların emalı və ötürülməsi qabiliyyəti kəskin surətdə artırır, lakin həm də çoxsaylı səhvlərə yol verir. Kubitlərdən nə qədər çox istifadə edilərsə, səhvlər tezliyi bir o qədər yüksək olacaq.
 
Şirkət nümayəndələrinin sözlərinə görə, alimlər bu problem üzərində az qala 30 il baş sındırıb.
 
Nəticədə "Willow" çipi meydana çıxıb, onun köməyilə son "sıçrayış" nailiyyətlərinin köməyilə ixtiraçılar səhvlər tezliyinin eksponensial aşağı salınmasına nail olub. 
 
"Google" iddia edir ki, bu, göstəriciləri hədd qiymətlərindən aşağı nümayiş etdirən birinci sistemdir və "faydalı, irimiqyaslı kvant komüterinə yol açır".
 
Nevenin sözlərinə görə, yeni çip bəzi praktiki əlavələrdə istifadə edilir, lakin o, təfərrüatları açıqlamayıb.
 
Lakin ekspertlər qeyd edib ki, "Willow" çipi hələlik əsasən eksperimental qurğudur. 
 
Kvant kompüterlərindən gerçək məsələlərin həllində praktiki istifadə edilməsinədək hələ bir çox illər var və bu, böyük məsrəflər tələb edəcək.
Избранный
36
moderator.az

1Источники