"Ordu"nun baş məşqçisi Alberto Blanko "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis matç barədə fikirlərini bildirib:
“Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim. 35 dəqiqə ərzində əla oyun göstərdik. Hücumda yüksək temp saxlayıb, yaxşı müdafiə olunurduq. Ancaq son 5 dəqiqədə zəif çıxış etdik. Həmin vaxt oyunçularım meydanda nə etdiklərini bilmirdilər. Bütün bunlara baxmayaraq komandamı təbrik edirəm".
Qeyd edək ki, "Ordu" - "Sumqayıt" qarşılaşması birincilərin 115:81 hesablı qələbəsi ilə yekunlaşıb
Murat Dikmen: "Savaşa bilsəydik qarşılaşmanın taleyini daha erkən müəyyənləşdirərdik"
"Neftçi" yənə uduzdu
ABL: "Neftçi" "Naxçıvan"la qarşılaşacaq
"Sumqayıt”ın oyunçusu: "Onun rəhbərliyi altında inkişaf edirik”
Bedri Meriç: "Bu qələbəni kapitanımıza həsr edirik"