AZ

“Ordu”nun baş məşqçisi: “Oyunçularım meydanda nə etdiklərini bilmirdilər”

"Ordu"nun baş məşqçisi Alberto Blanko "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, mütəxəssis matç barədə fikirlərini bildirib:

“Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim. 35 dəqiqə ərzində əla oyun göstərdik. Hücumda yüksək temp saxlayıb, yaxşı müdafiə olunurduq. Ancaq son 5 dəqiqədə zəif çıxış etdik. Həmin vaxt oyunçularım meydanda nə etdiklərini bilmirdilər. Bütün bunlara baxmayaraq komandamı təbrik edirəm".

Qeyd edək ki, "Ordu" - "Sumqayıt" qarşılaşması birincilərin 115:81 hesablı qələbəsi ilə yekunlaşıb

Murat Dikmen: "Savaşa bilsəydik qarşılaşmanın taleyini daha erkən müəyyənləşdirərdik"

"Neftçi" yənə uduzdu

ABL: "Neftçi" "Naxçıvan"la qarşılaşacaq

"Sumqayıt”ın oyunçusu: "Onun rəhbərliyi altında inkişaf edirik”

Bedri Meriç: "Bu qələbəni kapitanımıza həsr edirik"

Seçilən
10
1
apasport.az

2Mənbələr