RU

Çempionlar Liqası: “Barselona” və “Yuventus” sevindi, “Mançester Siti” və “Borussiya” uğursuzluq zolağındadır

UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura yekun vurulub.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya”nı 3:2 hesabı ilə yenib.

“Mançester Siti” (İngiltərə) İtaliyada “Yuventus”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşıb. Matç İngiltərə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 3:0

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

VI tur

11 dekabr

21:45. “Atletiko” (İspaniya) – “Slovan” (Slovakiya) – 3:1

21:45. “Lill” (Fransa) – “Şturm” (Avstriya) – 3:2

12 dekabr

00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) – 2:3

00:00. “Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə) – 2:0

00:00. “Benfika” (Portuqaliya) – “Bolonya” (İtaliya) – 0:0

00:00. “Arsenal” (İngiltərə) – “Monako” (Fransa) – 3:0

00:00. “Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) – 2:1

00:00. “Feyenoord” (Niderland) – “Sparta” (Çexiya) – 4:2

00:00. “Ştutqart” (Almaniya) – “Yanq Boys” (İsveçrə) – 5:1

Qeyd edək ki, Liqa mərhələsində VII tura 2025-ci il yanvarın 21-də start veriləcək.

Избранный
7
7
heftelik.az

10Источники