ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin sədri Si Cinpini 2025-ci il yanvarın 20-də Amerika paytaxtında keçiriləcək inauqurasiya mərasiminə dəvət edib. AFN.az xəbər verir ki, bu barədə "CBS News" öz mənbələrinə istinadən məlumat yayıb.Bildirilir ki, Tramp noyabrın əvvəlində, seçkidən az sonra Si Cinpini dəvət edib, lakin onun dəvəti qəbul edib-etmədiyi hələlik bəlli deyil.Çinin Vaşinqtondakı səfirliyi hələlik KİV-in bu məlumatla bağlı sorğusuna cavab verməyib.Telekanalın qeyd etdiyi kimi, andiçmə mərasimində xarici ölkələrin bir neçə yüksək vəzifəli nümayəndəsinin iştirak edə biləcəyi gözlənilir. ABŞ prezidentlərinin andiçmə mərasiminə adətən səfirlər və digər yüksək rütbəli diplomatlar dəvət olunur. Dövlət Departamentinin məlumatına görə, 1874-cü ildən bəri heç bir xarici lider prezidentin andiçmə mərasimində iştirak etməyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта