Bakı. Trend:
Bu gün Abşeron rayonu, həmçinin, Bakının Qaradağ və Binəqədirayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasiləyaranacaq.
Trend xəbərverir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində aşkarolunmuş qaz sızmalarının ləğvi məqsədilə dekabrın 12-də saat10:00-dan “Müşfiqabad”, “Ceyranbatan” və “Pirəkəşkül” qaz paylayıcıstansiyalardan (QPS) qaz təchizatının dayandırılmasıplanlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə Abşeron rayonu üzrəAşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, MüşfiqabadQaçqınlar şəhərciyinin və 12 sənaye müəssisəsinin, Abşeron rayonuüzrə Ceyranbatan və Saray qəsəbələrinin, Çaylı-Qobustan yaşayışmassivinin və 3 sənaye müəssisəsinin, Qaradağ rayonu üzrə isəMüşfiqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin və12 sənaye müəssisənin qaz təchizatında müvəqqəti fasiləyaranacaq.