Salyanda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Şəhriyar Rafiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb