RU

Azərbaycanlı oyunçu xarici klubdan ayrılmağı QƏRARA ALDI - SON DƏQİQƏ

Azərbaycanın gənclər yığmasının sabiq müdafiəçisi Cəlal Hüseynov yekun qərarını verib.

O, «Arda»dan ayrılmağı lazım bilib.

2023-cü ilin əvvəlində «Zirə»ni bu kluba dəyişən millimizin üzvü Bolqarıstanda qətiyyən xoşbəxt deyil. Sadə bir səbəb üzündən.

Aleksandar Tuncev ona şans vermir. Baş məşqçi dəyişikliyindən sonra əsas heyətdə yerini itirən Hüseynov aylardan bəridir qeyri-müəyyənlik içində idi.

«Gedim, yoxsa qalım» fikirləri içində əldən düşmüşdü, tərəddüd keçirirdi.

Cəlal artıq bu periodu arxada qoymağı qətiləşdirib: klub rəhbərliyinə müraciət edərək, gələn ilin yayında bitəcək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətində olduğunu bildirib.

«Arda» mənsubları futbolçunun mövqeyinə sayğı ilə yanaşıb, dekabrın sonunda kontraktı pozmağa razılıq verib.

Hüseynov hələ sentyabrda Azərbaycana dönə bilərdi. Həmin vaxt «Kəpəz»lə görüşmüşdü.

O, Gəncə təmsilçisinin təklifini öncə qəbul etsə də, son anda daha çox maaş tələbi irəli sürdüyündən, keçid baş tutmamışdı.

Müdafiəçi əvvəl 6000 manat maaşa «ok» söyləsə də, axır məqamda 8000 manat əməkhaqqıdan 1 qəpik aşağı düşməmişdi.

SPORTİNFO.AZ

Избранный
34
1
sportinfo.az

2Источники