2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq, 156 milyon 946 min 3 dollar olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyə Türkmənistana 16 milyon 983 min 86 dollar dəyərində kimyəvi maddə məhsulları ixrac edib. Bu, keçən ilin noyabr ayı ilə müqayisədə 3,1 faiz azalma göstərir.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28 milyard 147 milyon 342 min dollar olub.
Nazirlik, həmçinin bildirib ki, 2024-cü ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 min dollar məbləğində kimyəvi məhsul ixrac edib, bu isə keçən ilin noyabr ayı ilə müqayisədə 11,1 faiz azalma nümayiş etdirir.
Son olaraq qeyd edilib ki, 2023-cü ilin noyabrından 2024-cü ilin noyabrına qədərki dövr ərzində Türkiyə 30 milyard 843 milyon 824 min dollar dəyərində kimyəvi məhsul ixrac edib.
Fuad Mədətov
Fins.az