RU

Aşqabadda “Dünya xalqlarının mədəniyyəti” festivalı keçirilib

Yazını böyüt
Yazını kiçilt

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Beynəlxalq Bitərəflik Günü şərəfinə UNESCO-nun departamentləri və ölkə universitetlərinin klublarının təşkilatçılığı ilə “Dünya xalqlarının mədəniyyəti” festivalı keçirilib.

Hafta.az-ın yazdığına görə festival çərçivəsində rəsm sərgisi də təşkil olunub.

Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının məsul katibi Çinar Rüstəmova festival iştirakçılarına müraciət edərək hər kəsi Beynəlxalq Bitərəflik Günü münasibətilə təbrik edib, “Məqtimqulu Fraqinin ağıl bulağı” ilində keçirilən tədbirlərdən söz açıb.

Festivalda Məqtimqulu adına Türkmən Dövlət Universitetinin, D.Azadi adına Türkmən Milli Dünya Dilləri İnstitutunun və M.Qarryev adına Türkmən Dövlət Tibb Universitetinin nümayəndələri təqdimatla çıxış ediblər.

Sonda Aşqabad universitetlərinin tələbələri qonaqlara konsert proqramı təqdim ediblər.

Избранный
45
hafta.az

1Источники