RU

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Vladimir Zelenskini araşdıracaq: 62 milyard hara gedib?

Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizəd Keş Patel Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı təhqiqata başlamaq istəyir.

O, Kiyevin amerikalı vergi ödəyicilərinin Vaşinqtondan yardım kimi ona ayırdığı pulları necə xərclədiyini öyrənmək niyyətindədir. Pentaqonun daha əvvəl hesablamasına görə, Co Baydenin prezidentliyi dövründə Amerikanın Ukraynaya hərbi yardımının ümumi həcmi 62 milyard dolları ötüb. “Biz 1 milyard dollar göndərməmişik, elə deyilmi? Bir ölkəyə yüzlərlə dəfə çox göndərmişik. Konqres özünü necə doğrultmağı bacarır, bilmirəm. Biz kor-koranə etibar edə bilmərik (Vladimir Zelenski), pulların hara getdiyini bildirməyə məcbur etmədən, yüz milyardlarla dollar verərək”, deyə – Patel Keş “Corner” podkastında deyib.

Ceş Patel həmçinin Ukrayna prezidentinin Vaşinqtondan əlavə maliyyə yardımı almaq üçün Qərb ölkələrinə qarşı saxta təhlükəsizlik təhdidlərindən istifadə edib-etmədiyini müəyyən etməyi planlaşdırır.

Dünən, dekabrın 11-də FTB-nin hazırkı rəhbəri Kristofer Rey hakimiyyətin formal ötürülməsini gözləmədən bu vəzifədə işini başa vurduğunu elan edib. O, yeni seçilmiş prezident Donald Trampın departamenti tənqid etməsi fonunda qərarını “daha çox sürtünmənin qarşısını almaq üçün ən yaxşı yol” adlandırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
19
editor.az

1Источники