2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz artaraq, 61,9 milyon dollar təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, noyabr ayında Türkiyə Özbəkistana 7,1 milyon dollar dəyərində mebel ixrac edib ki, bu, keçən ilin noyabr ayı ilə müqayisədə 2,4 faiz artım deməkdir.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi mebel ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7 milyard 862 milyon 258 min dollar olub.
Bu ilin noyabr ayında isə Türkiyə 671 milyon 664 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayına nisbətən 2,2 faiz azalma nümayiş etdirir.
Son 12 aylıq dövrdə (noyabr 2023-noyabr 2024) Türkiyə 7 milyard 862 milyon 268 min dollar dəyərində mebel ixrac edib.
Fuad Mədətov
Fins.az