RU

Ermənistanda neonasizm: "Hosank" İrəvanda TOPLANIR

18 dekabrda İrəvanda erməni neonasist təşkilatı "Hosank"ın yığıncağı və mətbuat konfransı keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Tədbirdə iştirakçılar özlərinin gələcək fəaliyyəti ilə bağlı planlarını təqdim edəcəklər.

Qeyd edək ki, "Hosank" təşkilatı ABŞ vətəndaşı Hayk Nazaryan tərəfindən yaradılıb və artıq üç ildir ki, Ermənistanda fəaliyyət göstərir.

2024-cü ilin yanvarında təşkilat İrəvanın mərkəzində nasist simvolları, şüarları və salamlaşmalarından istifadə edilən bir yürüş keçirdikdən sonra diqqət çəkib.

Tədbir hüquq-mühafizə orqanları tərəfindən heç bir reaksiya olmadan keçirilib. Təkcə bəzi erməni müxalifət deputatları və Rusiya Xarici İşlər Nazirliyi bu fəaliyyəti pisləyiblər.

Həmçinin, təşkilat açıq şəkildə fəaliyyət göstərir: ofisi var, saytlar açıb, ianələr toplayır və nasist ideologiyasını əks etdirən materiallar dərc edir.

Musavat.com

Избранный
30
musavat.com

1Источники