RU

AMB bu şirkətin lisenziyasını LƏĞV ETDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin lisenziyasını ləğv edib.

Busaat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv edilib.

Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.

Избранный
3
27
busaat.az

10Источники