RU

20 yanvardan sonra yeni mərhələ BAŞLAYACAQ

Gələn ilin yanvarın 20-də andiçmə mərasimi ilə Ağ Evdə yerləşəcək Donald Tramp hələ işə başlamamış beynəlxalq aləmdə onun özü və administrasiyası üçün yaxşı start vəziyyəti yaranıb. Tramp seçki kampaniyası dövründə “andiçmədən dərhal sonra Rusiya-Ukrayna müharibəsini bitirəcəm” deyirdi. O Prezident səhaliyyətinə başlamamış Rusiya və Ukraynada atəşkəsdən danışmağa başlayıblar.

Modern.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Tarampla bağlı gözləntiləri şərh edib.

E.Şahinoğlu deyib ki, Trampın əsas diqqət edəcəyi məsələlərdən biri Rusiya-Ukrayna müharibəsi olacaq:

“Hər iki tərəfdə müharibədən yorğunluq hiss olunur. Hazırkı gedişat Trampın xeyrinədir. Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə “müharibə yolu ilə itirdiklərimizi geri qaytarmaq çətin olacaq” kimi açıqlamalar verməyə başlayıb. Zelenski özünü və xalqını ona hazırlayır ki, Trampın prezidentliyi dövründə ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi azala bilər. Bu isə Ukraynanın müharibəni davam etdirmək imkanlarını azaldacaq. Buna görə də Zelenski müvafiq şərtlər daxilində müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb. Tramp və onun adminstrasiyasına da elə bu lazımdır. Kreml də atəşkəsin əleyhinə deyil, çünki bu halda işğal etdiklərini əlində saxlaya biləcək”.

Ekspertin sözlərinə görə, Suriyadakı son olaylar da Tramp üçün faydalıdır:

“Əsəd rejiminin yıxılmasıyla ABŞ hərbi qüvvələrinin Suriyada qalmasının aktuallığı azalıb. Tramp da bunu istəyir. Bundan başqa, ABŞ-ın PKK və ona bağlı terroqçu qruplara dəstək verməsinin əhəmiyyəti qalmayıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr Türkiyənin dəstəyi ilı PKK-nın Suriyada nəzarət etdiyi bölgələrini ard-arda ələ keçirirlər”.

E.Şahinoğlunun sözlərinə görə, Donald Trampın başqa dövlətlərlə sərt iqtisadi və miqrasiya siyasətinə hazırlaşanlar da var.

Избранный
9
8
demokrat.az

9Источники