Modern.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Tarampla bağlı gözləntiləri şərh edib.
E.Şahinoğlu deyib ki, Trampın əsas diqqət edəcəyi məsələlərdən biri Rusiya-Ukrayna müharibəsi olacaq:
“Hər iki tərəfdə müharibədən yorğunluq hiss olunur. Hazırkı gedişat Trampın xeyrinədir. Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə “müharibə yolu ilə itirdiklərimizi geri qaytarmaq çətin olacaq” kimi açıqlamalar verməyə başlayıb. Zelenski özünü və xalqını ona hazırlayır ki, Trampın prezidentliyi dövründə ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi azala bilər. Bu isə Ukraynanın müharibəni davam etdirmək imkanlarını azaldacaq. Buna görə də Zelenski müvafiq şərtlər daxilində müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb. Tramp və onun adminstrasiyasına da elə bu lazımdır. Kreml də atəşkəsin əleyhinə deyil, çünki bu halda işğal etdiklərini əlində saxlaya biləcək”.
Ekspertin sözlərinə görə, Suriyadakı son olaylar da Tramp üçün faydalıdır:
“Əsəd rejiminin yıxılmasıyla ABŞ hərbi qüvvələrinin Suriyada qalmasının aktuallığı azalıb. Tramp da bunu istəyir. Bundan başqa, ABŞ-ın PKK və ona bağlı terroqçu qruplara dəstək verməsinin əhəmiyyəti qalmayıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr Türkiyənin dəstəyi ilı PKK-nın Suriyada nəzarət etdiyi bölgələrini ard-arda ələ keçirirlər”.
E.Şahinoğlunun sözlərinə görə, Donald Trampın başqa dövlətlərlə sərt iqtisadi və miqrasiya siyasətinə hazırlaşanlar da var.
9Источники
-
news24.azDünya yeni dəyişiklik ərəfəsində – Yanvarın 20-dən sonra nələr olacaq? ( 13920145)
-
sfera.azPrezident seçilən Trampla bağlı GÖZLƏNTİLƏR: "Andiçmədən dərhal sonra..." - ŞƏRH ( 13901533)
-
veteninfo.az20 yanvardan sonra yeni mərhələ başlayacaq ( 13901236)
-
medianews.azTrampdan ciddi XƏBƏRDARLIQ: 20 yanvardan sonra… ( 13894534)
-
demokrat.az20 yanvardan sonra yeni mərhələ BAŞLAYACAQ ( 13893526)
-
visiontv.az20 yanvard Trampın and içmə mərasimindən sonra dünyada yeni mərhələ başlayacaq ( 13892722)
-
modern.az20 yanvardan sonra yeni mərhələ BAŞLAYACAQ ( 13892617)
-
musavat.com20 yanvardan sonra... “Kreml də atəşkəsin əleyhinə deyil”-ilginc açıqlamalar ( 13892470)
-
newscenter.az20 yanvardan sonra yeni mərhələ başlayacaq ( 13892068)