Bakıya səfər edən argentinalı məşhur futbolçuya xalça hədiyə olunub.
Qaynarinfo xəbər verir ki, bu badərə "Fox Sports Argentina" X-da paylaşım edib.
"Lionel Messi hazırda Azərbaycandadır və xeyriyyə səfəri çərçivəsində ölkəyə gəlib. Səfər zamanı bir qrup qız ona üzərində öz portreti toxunmuş xalça hədiyyə edib. "10 nömrə" bu jestdən çox məmnun qalıb və onun sevincini üzündən oxumaq mümkündür", deyə "Fox Sports Argentina" yazıb.
#Messi | Messi está en Azerbaiján, en un viaje benéfico y estas nenas le regalaron un a alfombra con su rostro😍. La alegría del '10' es total#FoxSportsArgentina pic.twitter.com/B1mrEeo4wo
— Fox Sports Argentina (@FOXSportsArg) December 11, 2024
Qeyd edək ki, ötən gün Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya səfər edib. Əfsanəvi futbolçu və dostları səfər çərçivəsində Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.
Onu da qeyd edək ki, Bakı Kristal Zalında baş tutan tədbirə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
Aydın