AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
7 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);
7 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 43.7);
7 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilir (maddə 52.2);
8 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” – “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 73.1);
8 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);
8 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 43.7);
saytlarin hazirlanmasi