Ermənistan Rusiyaya silah tədarükü üçün tranzit halqaya çevrilib.
Vətəninfo.az xəbər verir ki, 2014-cü ildən Rusiyaya silah tədarükünə tətbiq edilən embarqoya baxmayaraq, Qərbdən (Aİ ölkələri və ABŞ) Rusiya Federasiyasına minlərlə tüfəng və milyonlarla patron gəlməyə davam edir. “The Insider”-in araşdırmasına görə, silahlar Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan gətirilir.
Üstəlik, silahların daşınması nəinki dayandırıldı, həm də əhəmiyyətli dərəcədə artırıldı. Məsələn, İtaliyadan Ermənistana tüfəng və ov tüfənglərinin ixracı dörd il ərzində təxminən 30 dəfə artıb – 2019-cu ildəki 68 silahdan 2023-cü ildə 1862-yə qədər. Türkiyədən Gürcüstana silah ixracı 2019-cu ildəki 8 426 ədəddən 2023-cü ildə 18 843 ədədə yüksəlib.
Rusiya ilə əlaqəli ən böyük Avropa silah istehsalçısı Lüksemburq holdinqi “Beretta” olub.