RU

Cərimələrdən yığılan pullar hara xərclənir? - ARAŞDIRMA/VİDEO

Azərbaycanda cərimə tətbiq etmək səlahiyyəti olan xeyli qurum var. Yaxın vaxtlarda əksər cərimələrin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub.

Bəs cərimələrdən toplanan vəsaitlər hansı məqsədlər üçün istifadə edilir?

Vəkil Hikmət Əliyev deyir ki, cərimələrdən toplanan vəsait əsasən dövlət büdcəsinə ödənilir. Bəzi hallarda isə cərimələr üzrə ödənişlər məqsədli fondlara və hesablara daxil edilir. Buraya əsasən ekoloji pozuntularla bağlı cərimələrdən daxil olan vəsaitlər aiddir.

Paytaxt.org xəbər verir ki, Baku TV məsələ ilə bağlı cərimə tətbiq edən dövlət qurumlarına müraciət edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlaması belə olub:

"Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunan ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə, eləcə də nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində cərimə nəzərdə tutulur. Bu cərimələri yazmaq səlahiyyəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə aiddir. Həmçinin nəqliyyat vasitəsinin qanunla müəyyən edilən parklanma üsulunu pozmaqla parklanmasına, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulan parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına, eləcə də parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3.5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə sürücülər həm Dövlət Yol Polisi, həm də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən cərimələnə bilər".

Qeyd edək ki, 2025-ci ilin büdcəsinə dövlət qurumlarının xətti ilə 840 milyon manatın daxil olması proqnozlaşdırılıb.

Maliyyə naziri Samir Şərifovun sözlərin görə, vəsaitlərin əksər hissəsini cərimələrdən əldə olunan vəsait təşkil edəcək.

Ətraflı süjetdə:

Избранный
14
8
paytaxt.org

10Источники