RU

ƏŞYALARA TOXUNMADAN TƏSİR EDƏ BİLƏCƏYİK

YENİ DÜNYANIN İNNOVATİV TƏTBİQLƏRİ
Tədqiqatçılar uzaqdan idarə olunan mini dronu düşüncə gücündən istifadə edərək hərəkət etdirməyi bacarıb.
Bu yeni mobil tətbiqlər neyrodegenerativ xəstəlikləri olan insanlara kömək etməkdən tutmuş yeni video oyun rejimlərinin yaradılmasına qədər müxtəlif sahələrdə işlənə bilər.
Journal of Neural Engineering nəşrində dərc edilən araşdırmanın nəticələri fantastika filmlərində gördüklərimizi reallığa çevirdiyimizdən bəhs edir.
Yeni tətbiq sadəcə düşünməklə əşyalara toxunmadan onlara istədiyimiz hərəkəti vermək imkanı yaradır.
“Zehni idarə edən” planşetlər, “Düşündüyümüzü dilə gətirən tətbiqlər” yaxın gələcəkdə alimlərin bizə qazandırmaq niyyətində olduğu yeni texnologiylardır.
Beyinə yerləşdirilən problar və ya implantlar vasitəsilə iflic insanların hərəkəti də bərpa olunacaq, deyə innovasiya dahiləri iddia edirlər.

Избранный
29
medicalmedia.az

1Источники