RU

Avstraliya 323 canlı virus nümunəsinin yoxa çıxıbmış-Qorxulu gəlişmə  

Avstraliya rəsmiləri 2021-ci ildə qitənin şimal-şərqindəki bioloji laboratoriyadan yoxa çıxan 323 canlı virus nümunəsinin yoxa çıxmasını araşdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kvinslend ştatının səhiyyə naziri Tim Nikols bildirib.

Onun sözlərinə görə, insident yalnız 2023-cü ilin avqustunda məlum olub, lakin laboratoriya işçiləri “itmiş nümunələrin götürülüb və ya məhv edilib-edilmədiyi barədə məlumat verə bilmədiyi” üçün araşdırma daha sonra başlayıb.

Təsdiqlənməmiş məlumatlara görə, laboratoriyadakı soyuducu qurğulardan biri xarab olduqdan sonra “Hendra” virusu, “lissavirus” və “hantavirus” nümunələri “işləyən dondurucuya yerləşdirilib, lakin müvafiq sənədləşmə işləri tamamlanmayıb.

Ştatın baş sanitar həkimi Con Cerrard, itkin virus qablarının əhali üçün heç bir təhlükə yaratmadığını söylədi.

“Hendra” virusu, atlar və insanlarda ölümcül infeksiyaya səbəb olan yarasalardan keçən virusdur. “Lyssavirus” insan da daxil olmaqla məməliləri yoluxduran RNT virusu sayılır. “Hantavirus”lar gəmiriciləri yoluxduran və insanlara keçə bilən, böyrək sindromu ilə hemorragik qızdırma yaradan təbii fokal xəstəliklərin patogenləri qrupuna daxildir.

Musavat.com

Избранный
9
musavat.com

1Источники