RU

Rumıniya və Bolqarıstan Yeni ildən Şengen zonasına üzv olacaqlar



Avropa İttifaqı (Aİ) Şurası nəhayət ki, Bolqarıstan və Rumıniyanın Şengenə qoşulmasını təsdiqləyib. TASS xəbər verir ki, bu barədə Avropa qanunverici orqanının bəyanatında deyilir.
Qeyd olunur ki, ölkələr Yeni ildən - icmaya daxil olduqdan 18 il sonra Şengen zonasının tamhüquqlu üzvü olacaqlar.


Sənəddə qeyd olunur ki, Aİ Şurası 2025-ci il yanvarın 1-dən bu iki dövlətin Şengen zonası ilə quru sərhədlərində nəzarəti ləğv edəcək.
2023-cü ilin dekabrında Avropa İttifaqı Bolqarıstan və Rumıniyanı Şengenə mərhələli şəkildə inteqrasiya etmək qərarına gəlib. 2024-cü ilin aprelində ölkələr qısamüddətli Şengen vizaları verməyə başladılar. Bu vizalar onların sahiblərinə 180 günlük müddət ərzində 90 günə qədər bütün Şengen üzvü dövlətlərə daxil olmaq və orada qalmaq hüququ verir.

aia.az
Tərcümə şöbəsi



Избранный
26
aia.az

1Источники