RU

Yunanıstan lideri ilə konstruktiv görüşlərə hazırıq – Ersin Tatar

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar dünən axşam qatıldığı BMT-nin ilsonu ziyafətindən sonra verdiyi açıqlamada Yunanıstan lideri ilə konstruktiv görüşlərə hər zaman hazır olduğunu deyib.

Ulusal.az xəbər verir ki, Ersin Tatar və Cənubi Kipr lideri Nikos Hristodulidis həyat yoldaşları ilə birlikdə BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi və BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) missiyasının rəhbəri Kolin Stüartın təşkil etdiyi ziyafətdə bir araya gəliblər.

Qəbuldan sonra mətbuata açıqlamasında prezident Ersin Tatar deyib:  “Mən həm Kipr türkləri, həm də kiprli yunanlar üçün daha yaxşı gələcək istəyirəm. Əhəmiyyətli olan qarşılıqlı anlaşmadır”.

Münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirən Şimali Kipr Türk Respublikasının Prezidenti yaxın vaxtlarda yeni keçid qapıları üçün danışıqların aparılacağını da əlavə edib.Modern.az

Избранный
6
1
moderator.az

2Источники