RU

SOCAR 100 min manat sərmayə ilə sığorta brokeri yaradıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) daha bir şirkət təsis edib.

FED.az xəbər verir ki, “Socar Capital Sığorta Brokeri” MMC 17 oktyabr 2024-cü il tarixində Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıb.

Şirkət 100 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Elxan Həsənov Nizami oğludur.

Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 64 ünvanıdır.

Избранный
49
fed.az

1Источники