RU

Bəşər Əsədin BƏƏS Partiyası fəaliyyətini dayandırdığını açıqlayıb

Keçmiş prezident Bəşər Əsədin ailəsinin onilliklər ərzində rəhbərlik etdiyi Suriyanın keçmiş hakim BƏƏS Partiyası fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.

CNN televiziya və radio şirkətinin partiyanın bəyanatına istinadən verdiyi məlumata görə, onlar bütün əmlak, maliyyə və silahları Suriya hökumət orqanlarına təhvil verəcəklər. “Yoldaşların əlində olan avtomobillər və silahlar Daxili İşlər Nazirliyinə və ya yaxınlıqdakı polis bölməsinə və ya şöbəsinə təhvil verilməlidir”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, BƏƏS Partiyasının bütün əmlak və vəsaitlərinin Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin nəzarətinə veriləcəyi, əldə olunan vəsaitin isə Mərkəzi Suriya Bankında saxlanacağı bildirilir.

//Samir Qurbanov, Editor.az

Избранный
42
2
editor.az

3Источники