RU

Cənubi Koreyada Baş Qərargah rəisi vəzifəsindən azad edildi

Dekabrın 3-də Cənubi Koreyada uğursuz hərbi vəziyyət elan edilərkən “hərbi vəziyyət komandiri” təyin edilən Baş Qərargah rəisi Park An-su vəzifəsindən azad edilib.

Turkustan.az xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyi Parkın işdən çıxarıldığını açıqlayıb.

AA-nın Cənubi Koreyanın Yonhap agentliyinə istinadən verdiyi xəbərə görə, Park hərbi vəziyyət elanında prezident Yoon Suk Yeol tərəfindən "hərbi vəziyyət komandiri" təyin edilib.

Hərbi vəziyyətin elan edilməsindən qısa müddət sonra ölkədə bütün siyasi fəaliyyətləri qadağan edən hərbi vəziyyət fərmanı Parkın imzası ilə verildi. Park parlamentə verdiyi açıqlamada hərbi vəziyyətin elan olunmasını prezident Yoonun televiziyada verdiyi açıqlamadan öyrəndiyini və hərbi vəziyyət əmrini hazırlamadığını iddia edib.

Keçmiş Baş Qərargah rəisi hərbi vəziyyətin ləğvindən sonra istefa ərizəsini o vaxt müdafiə naziri olan Kim Yonq-hyuna təqdim etdiyini, lakin prezident Yun bunu rədd edəndə vəzifəsini davam etdirdiyini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
8
4
turkustan.az

6Источники