RU

Dövlət xəstəxanasında növbə alveri iddialarına RƏSMİ CAVAB

"Elektron növbə qəbzləri səhər saat 07:00-dan etibarən paylanmağa başlayır və ilk nömrə 1001 olaraq qeyd edilir. Növbə qəbzlərinin ödənişlə satılması iddiası tamamilə əsassızdır və həqiqəti əks etdirmir".

Bu açıqlama Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Açıqlamada bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası yalnız rayon ərazisindəki sakinlərə deyil, həm də ölkənin müxtəlif bölgələrindən müraciət edən vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə xidmət göstərir.

"2024-cü il üzrə statistik məlumata əsasən, təkcə rayon ərazisində rəsmi olaraq 432.8 min nəfər, qeyri-rəsmi məlumatlara görə isə 800 mindən çox əhali yaşayır. Xəstəxanaya gündəlik müraciət edənlərin sayının 2500-3000 arasında dəyişdiyini nəzərə alsaq, sıxlıq başa düşüləndir.

Bundan əlavə, vətəndaşlarımızın əksəriyyəti yaşadıqları ərazi üzrə ailə sağlamlıq mərkəzlərində çalışan ailə həkiminə müraciət etmək əvəzinə, birbaşa mərkəzi xəstəxanaya gedərək bu sıxlığı daha da artırır.

Tibb müəssisəsinin rəhbərliyi tərəfindən əhaliyə əlçatan xidmət göstərilməsi məqsədilə Qeydiyyat bölməsində göstərilən xidmətə uyğun (radioloji müayinələr, 3 yaşadək uşaqlar və əllilliyi olan şəxslər, şəhid ailəsi və qazilərlə iş, göndərişlər, arayışlar və digər müraciətlər üzrə) adlandırılaraq daha operativ qeydiyyat işinin təşkili üçün masalar quraşdırılıb.

Vətəndaşların rahatlığını təmin etmək üçün gözləmə zonası yaradılıb. Xidmət həftənin bazar ertəsi-şənbə günləri, saat 08:30-dan başlayaraq göstərilir.

Neqativ hallarla qarşılaşdığınız təqdirdə araşdırma aparılması və məsələnin operativ həll edilməsi üçün tibb müəssisəsinin rəhbərliyinə, habelə TƏBİB-in "815" qaynar xəttinə müraciət etməyiniz xahiş olunur" , - açıqlamada qeyd olunub.


Telegram kanalımız
Избранный
22
1
yenisabah.az

2Источники