RU

Rusiyanın xarici ticarət kəsiri 7,1 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın xarici ticarət kəsiri ilin 11 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin cari əməliyyatlar hesabındakı kəsir bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 57,4 milyard dollara çatıb.

Sözügedən dövrdə ölkənin xarici ticarət kəsiri də 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 118,6 milyard dollara çatıb.

Ölkənin beynəlxalq ehtiyatları bir həftə ərzində təxminən 300 milyon dollar artaraq 614,4 milyard dollara çatıb.

Rusiyanın xarici ticarət kəsiri əvvəlki illə müqayisədə isə 58,5 faiz azalaraq 2023-cü ildə 140 milyard dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
69
31
banco.az

10Источники