RU

Ağır yanıq xəsarətləri alan Fəridin anası: "Bint almağa da imkanımız yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaş doqquz aylıq Fərid Əsgərovun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Cəmilə Əsgərova məlumat verib.
O bildirib ki, övladı martın 10-da ehtiyatsızlıq səbəbindən yanıq xəsarətləri alıb:
"Biz Sabirabad rayonunda yaşayırıq. Fərid bir yaş doqquz aylıqdır. O, martın 10-da iməkləyərək çaydanı üzərinə aşırıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə çatdırdıq. Orada bir müddət müalicə alsaq da, imkanımız olmadığı üçün çıxmalı olduq".
Gənc ana övladının müalicəsi üçün yardıma ehtiyacı olduğunu deyib:
"Fəridin hazırda mazlarını və dərmanlarını ala bilmirəm. İnanın, son bir neçə gündür, yaralarını açıb dəyişməyə bint belə yoxdur. Uşaq bütün günü ağlayır, yemək də yeyə bilmir ağrıdan. Hazırda onun mazları və dərmanlarını almaq üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 593-99-79.
Uni Bank: 5243 7544 4990 8159.
Избранный
33
38
oxu.az

10Источники